“Rusiya qazının Türkiyəyə tədarükü üçün rublla hissə-hissə ödənişə başlanılması barədə razılıq əldə olunub”.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Bu, pul-maliyyə münasibətlərimizin inkişafı üçün həqiqətən də yeni imkanlar açan yeni mərhələdir”, – deyə o, vurğulayıb.
Qeyd edək ki, bu gün Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Rusiya və Türkiyə liderləri danışıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər.