İlin əvvəlində Rusiya Qazaxıstandakı etirazları yatırmaq üçün öz qoşunlarını göndərmişdi. Altı həftə sonra rus qoşunları Ukraynaya daxil olanda qonşu işğala dəstək verməklə borcunu geri qaytardı.
Müstəqil.Az xəbər verir ki, bu barədə “Voll Strit” nəşrində dərc olunan məqalədə bildirilib.
Qeyd olunub ki, daha sonra Mərkəzi Asiyada Rusiya ilə həmsərhəd olan yeganə dövlət müharibədə neytrallığını elan edib, müdafiə büdcəsini artırdı və bununla ABŞ, Türkiyə və Çində müttəfiqlər axtarmağa başladı:
“İyun ayında Tokayevin Putinin yanında Ukraynanın bütövlüyünü dəstəklədiyi və “lxr” və “dxr”in müstəqilliyini tanımaqdan imtina etdiyi əlamətdar məqam oldu. Qazaxıstan prezidenti onları “kvazidövlət əraziləri” adlandırıb. O, həmçinin Qazaxıstanın Rusiyaya sanksiyalardan yayınmasında kömək etməyəcəyinə əmin edib”.
Nəşr qeyd edir ki, Qazaxıstan Ukraynanın şiddətli müqavimətindən dərs alıb və müdafiə büdcəsini 441 milyard təngə (təxminən 918 milyon dollar) artırmaq qərarına gəlib.
Adı açıqlanmayan yüksək vəzifəli məmur jurnala bildirib ki, vəsaitin bir hissəsi ölkənin hərbi ehtiyatlarını artırmaq üçün istifadə olunacaq.
Məqalədə həmçinin deyilir ki, Qərbdə bəziləri Rusiya ordusunun zərərsiz düşmənə çevrildiyinə əmin olsa da, Mərkəzi Asiyada Rusiya ambisiyalarından qorxu getdikcə artır.
“Təsəvvür edin, əgər Ukrayna olmasaydı, növbəti biz olacaqdıq?” – Qazaxıstanlı rəsmi qeyd edib.
Pərviz Həsənov