Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının ərazisini nəzarətə götürüb. Bu məlumatı UNİAN-a açıqlamasında prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak təsdiqləyib.
Onun sözlərinə görə, hazırda stansiya təhlükə altındadır, təxribat riski var.
“Ağır döyüşdən sonra Çernobıl sahəsinə nəzarətimiz itirilib. Keçmiş Çernobıl AES-in obyektlərinin vəziyyəti məlum deyil. Rusiyaların bu istiqamətdə tamamilə mənasız hücumundan sonra Çernobıl AES-in təhlükəsiz olduğunu demək mümkün deyil. Bu, Avropa üçün bu gün ən ciddi təhlükələrdən biridir. Rusiyaların vərdişlərini bilirik, onlar yəqin ki, Çernobıl AES-də artıq təxribat xarakterli əməllər hazırlayırlar”, – o bildirib.
Müstəqil.Az