Rusiya Müdafiə Nazirliyi Balakleya və İzyum bölgələrində yerləşdirilən rus qoşunlarının Donetsk istiqamətində səylərini artırmaq üçün yenidən qruplaşdırılacağını açıqlayıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə nazirliyin Teleqram kanalında yazılıb:
“Donbasın azad edilməsi üzrə xüsusi hərbi əməliyyatın qarşıya qoyulan məqsədlərinə nail olmaq üçün Donetsk istiqamətində səyləri gücləndirmək üçün Balakleya və İzyum bölgələrində yerləşən Rusiya qoşunlarının yenidən qruplaşdırılmasına dair qərar qəbul edilib”.
İdarədən bildirildiyinə görə, bu tapşırığı yerinə yetirmək üçün İzyum-Balakleya qoşun qrupu Donetsk ərazisinə köçürülüb.
Müstəqil.Az