Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı

Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Lakin səfirin nazirliyə çağırılmasının səbəbi açıqlanmayıb.

Qeyri-rəsmi məlumatlara görə, Rusiya səfirinin Ermənistan XİN-ə çağırılması Laçın dəhlizində baş verən son hadisələrlə bağlıdır.

Həmçinin, rusiyalı diplomata nota verildiyi də iddia edilir.


Share: