Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısına dünən Moskvada baş verən terror aktı ilə əlaqədar gül dəstələri düzülüb.
xəbər verir ki, səfirlik binasının qarşısına gül dəstələri düzən insanlar dünənki faciədə həlak olanların xatirəsinə dualar oxuyublar.
Səfirlikdə onlayn xatirə kitabı açılıb.
Azərbaycandakı Rusiya Səfirliyinin mətbuat xidmətinin rəhbəri Yelizaveta Qlerezka baş vermiş hadisədən bütün Rusiyanın sarsıldığını bildirib. O, Bakı sakinlərinin faciə ilə bağlı səfirliyin qarşısına gül dəstələri gətirdiyini qeyd edib.
“Biz hadisəyə laqeyd qalmayan və bizimlə bu ağrını səmimi bölüşən hər kəsə təşəkkür edirik”.
Səfirlik rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin Baş naziri Əli Əsədovun və Xarici İşlər Nazirliyinin də Rusiyaya başsağlığı verdiyini xatırlayaraq rəsmi Bakıya təşəkür edib.
Nihat PİR