Rusiya ordusunun Ukraynanın Slovyansk şəhərinə endirdiyi raket hücumları nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko sosial media hesabında açıqlama verib.
Kirilenko Rusiyanın yerli vaxtla saat 16:00 radələrində S-300 raketləri ilə Slovyansk şəhərinə hücum etdiyini bildirib. O, hücumlarda 5 mənzil və 5 evin zərər gördüyünü qeyd edib:
“Saat 18.00-a olan məlumata görə, 5 nəfərin öldüyü, 15 nəfərin yaralandığı açıqlanıb”.
Dağıntılar altında 1-i uşaq olmaqla 7 nəfərin ola biləcəyini deyən Kirilenko, axtarış-xilasetmə qruplarının hadisə yerində işlərini davam etdirdiyini bildirib.