Suriyada ölkənin rejimini və xalqın təhlükəsizliyini təmin etməyə yetəcək qədər əsgər saxlamağa davam edəcəyik.
Müstəqil. Az Axar.az -a istinad edərək xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiya Şurası Müdafiə Komitəsinin sədri Viktor Bondarev çıxış edib.
“Hazırda Suriya torpaqlarının təxminən 95 faizi İŞİD terrorçularından təmizlənib. 2 il əvvəl Suriyadakı əməliyyatlara da tam olaraq bu məqsədlə başlamışdıq. Sülh yaratmaq missiyasının məntiqi bizə Suriyada əməliyyatları tamamlamağa, ölkədə nizam-intizamı və xalqın təhlükəsizliyini təmin etməyə yetəcək qədər əsgər saxlamağa diktə edir”, – Bondarev qeyd edib.
Pərviz Həsənov