Ukrayna Rusiyaya müqəddəs Ramazan ayı şərəfinə əsir götürülən bütün müsəlmanları dəyişdirməyi təklif edib. Moskva belə bir təşəbbüsdən imtina edib.
Bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Darya Zarivnaya danışıb.
“Biz İslam mədəniyyətinə və adət-ənənələrinə hörmət əlaməti olaraq hər iki tərəfdən əsir müsəlmanların hamısının mübadiləsi təklifi ilə çıxış etdik. Təəssüf ki, Rusiya tərəfi bu ideyanı çox həvəssiz qarşıladı”, – Zarivnaya bildirib.
Onun sözlərinə görə, belə bir təşəbbüs Ukraynanın əsirlərin mübadiləsi ilə bağlı çoxsaylı qərarlarından biridir.
Mənbə: rbc.ua