“Moskva Ukrayna ilə bağlı təmaslarda Qərbin arxasınca qaçmayacaq, uyğun dialoq üçün ciddi təkliflər olmayıb”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz artıq xüsusi hərbi əməliyyatın əvvəlində danışıqlar təklifinə cavab vermişik. Martın sonunda İstanbulda Ukrayna tərəfinin təklifləri əsasında nəticə əldə olundu, biz bunu qəbul etdik və sonra, görünür, onlar Kiyevə deyib: Cənab Zelenski, sizin artıq yaxşı danışıqlar mövqeləriniz olduğuna qərar vermək üçün hələ tezdir. Avropa İttifaqının baş diplomatı Borrellin dediyi kimi, döyüş meydanında döyüşü davam etdirəcəyik. London, Berlin, Vaşinqton tərəfindən daima fikirlər səsləndirilir. Deməli, danışıqlarda vəziyyət belədir. Biz heç kimin arxasınca qaçmırıq. Konkret ciddi təkliflər olarsa, biz onları nəzərdən keçirməyə hazırıq. Daha heç nə yoxdur. Bu mərhələdə belədir”, – deyə nazir bildirib.