Rusiya-Ukrayna müharibəsi başlar-başlamaz koronavirus unuduldu

Rusiya-Ukrayna müharibəsi başlar-başlamaz koronavirus unuduldu

Rusiya-Ukrayna müharibəsi başlar-başlamaz koronavirus unuduldu

Dünya ictimaiyyəti bir məsələdən, problemdən digərinə çox tez keçir.

xəbər verir ki, bunu Bakıda keçirilən XI Bakı Qlobal Forumu çərçivəsində Xorvatiyanın sabiq prezidenti, 2011-2014-cü illərdə NATO Baş katibinin köməkçisi, GPMB-nin həmsədri Kolinda Qrabar-Kitaroviç panel müzakirə zamanı deyib.

“Məsələn, Rusiya-Ukrayna müharibəsi başlar-başlamaz koronavirus pandemiyası, demək olar ki, unuduldu. Bu da sonradan ciddi fəsadlara yol aça bilər. Nəzərə alsaq ki, dünya elə bir hala gəlib, zamanla biz növbəti pandemiyaların da baş verməsini istisna etmirik, bu mənada, pandemik vəziyyətlərə etinasız yanaşmamaq gərəkdir”, – o əlavə edib.

Xanım Kitaroviç bildirib ki, pandemiyanın mütləq şəkildə monitorinqi aparılmalıdır: “Ölkələr arasında pandemiya ilə mübarizə üzrə aparılan monitorinqlər zamanı gördük ki, bəzi ölkələr mübarizə istiqamətində zəif tərəflərini o qədər də açıq göstərməyiblər”.

Keçmiş prezident vaksinlərin bərabər paylanmamasından da narahat olduğunu ifadə edib: “Bu da, öz növbəsində, rəqəmsal parçalanmaya yol açır. Növbəti pandemiyalarda bu cür ayrı-seçkilik yolverilməzdir. Vaksinlər düzgün paylanmalı, mümkün qədər əlçatan olmalıdır”.

Share: