Rusiya Ukrayna sərhədinə daha 25 tabor gətirir

Rusiya Ukrayna sərhədinə daha 25 tabor gətirir

Rusiya Ukrayna ilə sərhədə hərbi təlim adı altında taktiki qruplar yığır.

Müstəqil.Az xəbər verir ki, bunu Ukrayna ordusunun komandanı Ruslan Xomçak deyib. Onun sözlərinə görə, Rusiya ordusunu sərhəddə öz niyyətində nə qədər qəti olduğunu nümayiş etdirmək üçün artırır.

O, bir neçə ildir Ukrayna sərhədində olan 28 tabor taktiki qrupuna 25-nin də əlavə ediləcəyini bildirib. Xomçak Rusiyanın 2014-cü ildən olan planlarının dəyişmədiyini və Ukraynanın istənilən cür provokasiyaya hazırlaşdığını söyləyib.

İlkin Mete XAN

Share: