Rusiya Ukraynanın itkilərini açıqlayıb

Rusiya Ukraynanın itkilərini açıqlayıb

Rusiya Ukraynanın itkilərini açıqlayıb

Rusiya Silahlı Qüvvələri Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) obyektlərinə kütləvi raket zərbəsi endirib.

-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu Ukraynanın qərar qəbuletmə mərkəzlərinə və SBU-nun obyektlərinə qrup zərbəsi endirib, hədəflər vurulub.

Rusiya MN Ukrayna Silahlı Qüvvələri gün ərzində Donetsk istiqamətində 425-dən çox hərbi qulluqçusunu itirdiyini açıqlayıb.

“Rusiya Silahlı Qüvvələri cəbhə xətti boyunca Avdeyevski istiqamətində vəziyyəti yaxşılaşdırıb, Ukrayna Silahlı Qüvvələrinin 4 əks-hücumunu dəf edib, düşmən 280-dək hərbi qulluqçusunu itirib, Ukrayna Silahlı Qüvvələri Cənubi Donetsk istiqamətində bir gündə 105-ə qədər hərbçi itirib. Dnepr qoşun qruplaşması sutka ərzində Xerson istiqamətində cəbhə xətti boyunca vəziyyəti yaxşılaşdırıb.

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində 131 Ukrayna PUA-sını, iki S-200 raketini və 15 HIMARS və Vampire reaktiv yaylım atəşi qurğusunun mərmisini məhv edib”, – deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

Share: