Bu gün, yanvarın 26-da Ukraynanın Rusiya qoşunları tərəfindən növbəti dəfə kütləvi şəkildə atəşə tutulması nəticəsində azı 11 nəfər həlak olub.
Bu barədə Ukrayna telemarafonunun efirində ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Aleksandr Xorunji xəbər verib.
“Bu gün Rusiya Federasiyasının terror aktları nəticəsində 11 rayon həm dronlar, həm də raketlərlə vurulub. Nəticədə 11 nəfər yaralanıb, daha 11 nəfər isə də ölüb”, – deyə o bildirib.
Məlumata görə, bugünkü hücumda ümumilikdə Ukraynaya 55 raket atılıb, onlardan 47-si ukraynalı müdafiəçilər tərəfindən vurulub.
Mənbə: rbc.ua