Rusiya son 24 saatda Ukraynaya 24 hava və 3 raket hücumu həyata keçirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Vurğulanıb ki, Rusiya qüvvələri mülki infrastrukturlara, o cümlədən Sumi rayonunun Ulanove kəndinə 55-dən çox hücum həyata keçirib.
Həmçinin, Ukrayna hərbi hava qüvvələrinin rus əsgər və texnikasının cəmləşdiyi bölgələrə 13 dəfə zərbə endirdiyi də qeyd edilib.