Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynaya növbəti dəfə “Kinjal” hipersəs raketləri ilə zərbələr endirib.
-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirib ki, Rusiya ordusu yüksək dəqiqlikli, uzaqmənzilli, dəniz və hava bazalı silahlar, o cümlədən “Kinjal” hipersəs raket sistemi, eləcə də pilotsuz uçuş aparatları ilə Ukraynanın hərbi-sənaye kompleksinin 155, 152 mərmi və 125 mm-lik mərmi, barıt və pilotsuz uçuş aparatları istehsal edən obyektlərinə qrup zərbəsi endirib.
“Zərbənin hədəfinə nail olunub, bütün təyin olunmuş hədəflər vurulub”, deyə Rusiya MN-in məlumatında qeyd olunub.