Əfqanıstan böhranı fonunda Pekinin təsiri artdıqca Rusiya və Çin dəhşətli ittifaqa meyil edirlər.
Müstəqil.Az xəbər verir ki, bu barədə “Deyli Ekspress”də məqalə dərc edilib.
Bildirilib ki, Çinin uzun müddətdir Talibanla əlaqədə olduğu üzə çıxıb. İndi isə Rusiya və Çin Amerika qoşunlarının Mərkəzi Asiyadan xaotik şəkildə çıxarılmasından istifadə edəcək.
Politoloq və regional ekspert Barbara Kelemen hesab edir ki, Rusiya eyni zamanda Orta Asiyadakı təsir zonasını qorumağa çalışır və qeyri-sabitliyin bu regiona keçməməsini təmin etmək istəyir.
Politoloqun sözlərinə görə, Rusiya və Çin artıq Talibanla dostluq əlaqələri qurub. Amerikalılar dünyanın bu hissəsində təsir gücünü itirirlər. Ümumiyyətlə, yaxın gələcəkdə baş verəcək dəyişiklikləri qiymətləndirmək təxminən altı ay çəkəcək.
“Rusiyanın Çindən daha çox, Qərbi Avropa və ABŞ ilə ortaq maraqları var. Rusiya heç vaxt onu dünya müharibəsinə sürükləyəcək hərbi ittifaqa girməyəcək”, – deyə politoloq bildirib.
Müstəqil.Az