Rusiya və Türkiyə “3+3” platformasının işini davam etdirməkdə maraqlıdırlar

Rusiya və Türkiyə “3+3” platformasının işini davam etdirməkdə maraqlıdırlar

Rusiya və Türkiyə “3+3” platformasının işini davam etdirməkdə maraqlıdırlar

Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç arasında görüş baş tutub.

xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyasnatda deyilir.

Danışıqlar əsnasında Rusiya xarici işlər nazirinin müavini və Türkiyə səfiri Qərbin Cənubi Qafqazda sabitliyi pozmaq cəhdlərini tənqid ediblər.

“Bir sıra aktual mövzular, ilk növbədə Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələlər müzakirə olunub. Kollektiv Qərbin bu regiona gərginlik gətirmək və sabitliyi pozmaq cəhdləri tənqid edilib”, – bəyanatda deyilir.

Tərəflər həmçinin Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində əsas amil kimi “3+3” məsləhətçi regional platforması çərçivəsində işin davam etdirilməsində qarşılıqlı maraqlı olduqlarını bildiriblər. Bildirilib ki, formatın qapıları Gürcüstan üçün hələ də açıqdır.

Share: