Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün yekunlarına dair birgə bəyanat imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, bəyanatda liderlər regional və qlobal təhdidlərə baxmayaraq, Rusiya-Türkiyə münasibətlərini inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.
Tərəflər qarşılıqlı ticarətin həcmini artırmaq, nəqliyyat, kənd təsərrüfatı, sənaye, turizm və tikinti sektorlarında qarşılıqlı fəaliyyəti genişləndirmək üçün addımlar atmağı qərara alıblar.
Həmçinin bəyanatda qeyd olunur ki, tərəflər Suriya və Liviyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunub saxlanmasına tərəfdardırlar, terror təşkilatlarına qarşı birgə mübarizəni əlaqələndirməkdə əzmlidirlər.
Dövlət başçıları yüksək səviyyəli əməkdaşlıq Şurasının növbəti iclasını Türkiyədə keçirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, bu gün Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Rusiya və Türkiyə liderləri danışıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər.