Dekabrın 31-də Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş verib.
140 ukraynalı müdafiəçi evinə qayıdıb.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi isə 82 rusiyalı hərbi əsirin azad edildiyini bildirib.
Qeyd olunur ki, əsirlərin dəyişdirilməsi Əsirlərin Axtarışı və Azad Edilməsinin Əlaqələndirilməsi üzrə Birgə Mərkəz tərəfindən Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahının qərarına əməl etməsi nəticəsində baş tutub.
Ukrayna tərəfindən verilən məlumata görə, 140 müdafiəçisi arasında Mariupol və İlan adasından olan hərbçilər də var.
Mənbə: rbc.ua