“Rusiya və Ukrayna arasında danışıqların tezliklə bərpasının tərəfdarıyıq” — Ərdoğan

“Rusiya və Ukrayna arasında danışıqların tezliklə bərpasının tərəfdarıyıq” — Ərdoğan

“Türkiyə münaqişəyə son qoymaq üçün Rusiya və Ukrayna arasında danışıqların tezliklə bərpasının tərəfdarıdır”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə Rusiya və Ukrayna ilə yüksək səviyyəli danışıqlar aparmaqda maraqlıdır.

“Türkiyə danışıqlar zamanı əsas diqqəti taxıl müqaviləsinin uzadılmasına yönəldəcək”, – deyə Ərdoğan bildirib.


Share: