Rusiya vətəndaşları Tərtər rayonunda erməni kilsəsini təmir etdirdi – FOTOLAR

26 il öncəki yay günlərində uğrunda qanlı döyüşlər gedərək azad edilmiş, lakin bir il ötməmiş yenidən düşmən əlinə keçmiş Tərtər rayonunun Canyataq kəndində (1992-ci ilədək Ağdərə rayonuna aid edilib) erməniləşdirilmiş daha bir kilsə bərpa edilib.
Müstəqil.Az  “KarabakhTV”yə istinadla xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.
“Müqəddəs Gevorq kilsəsi” adlandırılmış məbəd Rusiya vətəndaşları olan xeyriyyəçilər Eduard və Tamella Sarqsyanların vəsaiti hesabına bərpa və təmir edilib.
 
Sultan Laçın 

Share: