“Rusiya Xerson şəhərinə intensiv hücum təşkil edib” — Zelenski

“Rusiya Xerson şəhərinə intensiv hücum təşkil edib” — Zelenski

“Rusiya ordusu Xerson şəhərinə intensiv hücum təşkil edib”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib:

“Rusiya ordusu Xersona intensiv hücumlar təşkil edib. Dinc insanları amansızcasına qətlə yetirib. Rus raketləri dayanacağa, yaşayış məntəqələrinə, mənzillərə  düşür. Təəssüf ki, bu terror hücumları nəticəsində yaralanan və ölənlər var. Yaxınlarını itirənlərə başsağlığı verirəm”.

Zelenski dünyanı Ukraynadakı müharibəyə susmamağa çağırıb:

“Dünyanın Rusiyanın qəddarlığı və təcavüzünün sərhədi olmadığını bir an belə unutmağa haqqı yoxdur”.


Share: