Rusiya XİN britaniyalı nazir müavininin Ermənistanla bağlı sözlərinə münasibət bildirib

Rusiya XİN britaniyalı nazir müavininin Ermənistanla bağlı sözlərinə münasibət bildirib

Rusiya XİN britaniyalı nazir müavininin Ermənistanla bağlı sözlərinə münasibət bildirib

Böyük Britaniya müdafiə nazirinin müavininin sözləri Qərbin Ermənistanı Rusiya Federasiyasına qarşı yönəlmiş alətə çevirmək istəyinin birbaşa təsdiqidir.

-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların anti-Rusiya mahiyyətini gizlətməkdən əl çəkməsi bizi artıq təəccübləndirmir. Lakin Hippinin etirafı Qərbin Ermənistanı Moskvaya qarşı yönəlmiş xəttin alətinə çevirmək istəyinin birbaşa təsdiqidir”, deyə Rusiya xarici siyasət idarəsinin şərhində qeyd olunub.

Rusiya XİN-dən o da bildirilib ki, bu vəziyyət İrəvandakı məsul siyasətçilərin düşünməsi üçün əsasdır.

Qeyd edək ki Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi bildirib ki, London “Rusiyadan gələn təhlükələr” qarşısında Ermənistanı dəstəkləməyə hazırdır və bütün məsələ Paşinyanın Ermənistanın KTMT-də iştirakını dondurmaq istəyindədir.

London İrəvanın bu qərarını “Ermənistanın suveren hüququnun həyata keçirilməsi” kimi qiymətləndirib.

Share: