Rusiya XİN izahat bəyanatı verməlili deyilmi? -Politorlq

Rusiya XİN izahat bəyanatı verməlili deyilmi? -Politorlq

Qarabağ üzrə 10 noyabr razılaşmasında “DQR”-in taınması barədə maddə yoxdur, bəs bu nə deməkdir…Rossiya 1 televiziyasının məşhur “Vesti ” proqramı çox təəccüblü təqdimat etdi. Bunun həmişəmi belə edildiyini, bundan sonra da belə ediləcəyini bilmirəm. Ancaq 10 noyabr razılaşmasının konsepsiyasına zidd mövqedir. Razılaşmada qondarma “DQR”-in tanınması və ya tanınmalı olduğu barədə heç nə deyilmir, deyilə də bilməz, çünki əks halda Azərbaycan Prezidenti onu imzalamazdı.

Müstəqil.Az bildirir ki, tanınmış politoloq, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Qliyev Rosiyya 1 telekanalının təxribat xarakterli yayımına münasibət bildirərkən belə deyib.
“Vesti”proqramında ekranın titr yazısı olaraq “Dağlıq Qarabağ Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi”, “Dağlıq Qarabağ Respublikasının Miqrasiya xidmətinin nümayəndəsi” kimi ziyanlı və təxribatçı ifadələr yazmaq nə üçündür? Bu ifadələr qondarma “DQR”-i tanımaq deyilmi? Təcavüzkar Ermənistanın etdiyini etmək deyilmi? Dövlət KİV-nin belə nümayişi barədə Rusiya XİN izahat bəyanatı verməli deyilmi? Azərbaycan XİN izahat istəməli deyilmi?
10 noyabr razılaşmasının hərtərəfli yekun sazişinə hələ çevrilmədiyi vaxtda dövlət KİV-də belə yanaşma pozuculuq deyilmi?
Belə yanaşmadan sonra yekun sazişdə  “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” müddəasının olacağına inana bilərikimi?
Yumşaq desək, bir ehtiyatsız ifadədən nə qədər suallar çıxdığını görürsünüzmü?, – deyə politoloq öz narahatşılığını ifadə edib.
Müstəqil.Az
Share: