Rusiya yollarında məhdudiyyətlər aradan qaldırıldı

Rusiya yollarında məhdudiyyətlər aradan qaldırıldı

Rusiya yollarında tətbiq edilmiş bütün məhdudiyyətlər aradan qaldırılıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rosavtodor”un mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna qədər Federal Yollar Agentliyi magistrallarında antiterror rejiminə görə məhdudiyyətlər nəzərdə tutmuşdu.  

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.


Share: