Rusiyada 1 milyon 500 min vətəndaşın pasportu etibarsız imiş – QALMAQAL

Rusiya DİN bu ölkədə1 milyon 500 min vətəndaşın pasportunun etibarsız olması barədə məlumat yayıb.
Musavat.com-un Rusiya KİV-ə istinadən bildirdiyinə görə, buna səbəb avtomatlaşdırılmış Vahid İnformasiya Sisteminə vətəndaşlar barədə məlumatların düzgün ötürülməməsi olub.
Rusiya DİN-dən bildirilib ki, nəticədə bu həcmdə pasport etibarsız sayılıb.
Problemin ən yaxın vaxtda həll ediləcəyi deyilir.

Share: