Hərbi Komissarlıqda yanğın törətməyi planlaşdıran məktəbli Tümen vilayətinin Tobolsk şəhər məhkəməsi tərəfindən nəzarətə götürülüb.
Bu barədə regional ədliyyə orqanının mətbuat xidməti fevralın 25-də məlumat verib.
“Tobolsk şəhər məhkəməsi 15 yaşlı məktəbli barəsində həbs-qətimkan tədbiri seçib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 205-ci maddəsinin 2-ci hissəsi üzrə terror aktı hazırlamaqda ittiham olunur. 9-cu sinif şagirdi Tobolsk şəhəri və Tobolsk vilayətinin hərbi komissarlığında yanğın törətməyi planlaşdırıb”, – deyə dərc olunmuş məlumatda deyilir.
Mətbuat xidməti şağırdin aprelin 22-dək həbsdə qalacağına aydınlıq gətirib.
Bildirilir ki, istintaqın məlumatına görə, fevralın 23-də yeniyetmə içərisində “Molotov kokteyli” olan şüşə və alışqan götürərək, hərbi komissarlığa tərəf gedib. Lakin o, yolda Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşları tərəfindən saxlanılıb.
Mənbə: rossaprimavera.ru