Rusiyanın Amur bölgəsində An-2 təyyarəsi qəzaya uğrayıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
“Xüsusi aviaşirkətə məxsus olan An-2 təyyarəsinin kabinəsində 2 pilot olub. Təyyarə Ekimçan-Udsko Xabarovsk marşrutu ilə hərəkət edib. Uçuş zolağndan 600 metr uzaqlaşmamış mühərrik dayanıb. Sərt eniş etməsi səbəbi ilə təyyarədə yanğın baş verib”, – məlumatda deyilir.
Hazırda hadisə yerinə yanğınsöndürmə xidmətinin əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub. Amur Tədqiqat komitəsi faktla bağlı araşdırmalara başlayıb.
Müstəqil.Az