Rusiyada ata doqquz yaşından doğma qızına illərlə təcavüz edib

Rusiyada ata doqquz yaşından doğma qızına illərlə təcavüz edib

Rusiyanın Kamçatka yarımadasında 47 yaşlı yerli sakin azyaşlı qızını illərlə cinsi zorakılığa məruz qoyub.

Bu barədə Rusiya İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Müəyyən edilib ki, rusiyalı 2007-ci il təvəllüdlü qızına qarşı sistemli şəkildə cinsi zorakılıq edib. İlk dəfə himin şəxs 2016-cı ildə məktəbli qızına təcavüz edib. Onun törətdiyi cinayət yalnız 2022-ci ildə, hüquq-mühafizə orqanları vəziyyətdən xəbərdar olduqda başa çatıb.

Rusiyalı həbs olunub. O, yaxın vaxtlarda hakim qarşısına çıxarılacaq.

Share: