Rusiyanın Sankt-Peterburq şəhərində 59 yaşlı Ayaz adlı azərbaycanlı ilə polislər arasında baş verən insidentin görüntüləri yayılıb.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, görüntülərdə əlində bıçaq olan Ayazın yanacaqdoldurma məntəqəsində yerləşən mağazada polislərə müqavimət göstərməsi əks olunub.
Bir müddət polislərdən yaxa qurtarmağa çalışan azərbaycanlı mülki geyimli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Ayaz “Denis Osipov” studiyasında çalışan stilistə hücum etməkdə şübhəli bilinir. Saxlanılma zamanı o, iki polisə xəsarət yetirərək qaçıb və mağazada gizlənməyə çalışıb.