Rusiyanın Tuva Respublikasının sakini qonşusunun iki qızını pəncərədən atıb.
24 yaşlı Oçura Sançata Kızılda kirayə qaldığı mənzildə ev sahibinin doqquz və on dörd yaşlı qızlarının səs-küylü davranışından əsəbiləşib.
O, yan otağa keçərək oradakı uşaqları “televizora baxmaqda ona mane olduqlar üçün” çoxmərtəbəli binanın səkkizinci mərtəbəsinin pəncərəsindən tullayıb.
Qızlardan kiçiyi yerindəcə, böyüyü xəstəxanada dünyasını dəyişib. Qətldən sonra şübhəli televizora baxmağa davam edib.
Kişi törətdiyi cinayətdə özünü təqsirli bilməyib.
Məhkəmə həmin şəxsi cəzasını ciddi rejimli koloniyada çəkməklə 25 il müddətinə azadlıqdan məhrum edib.
Qeyd edilir ki, qızların anası özü də bu yaxınlarda cəzaçəkmə müəssisəsindən azad edilib və yerli hakimiyyət orqanlarının iddia etdiyi kimi, uşaqları onları himayə edən ailədən özbaşına alıb. Qadın həmçinin Xakasiya üzrə Daxili İşlər Nazirliyində qeydiyyatda olub.
Mənbə: Tayqa.info