Rusiyada etiraz aksiyalarında saxlanılanların sayı rekord həddə çatıb

Rusiyada etiraz aksiyalarında saxlanılanların sayı rekord həddə çatıb

Rusiyada Ukrayna müharibəsi başlayandan bəri repressiyalar güclənib.

Ölkə hakimiyyəti tərəfindən xarici agent kimi tanınan insan haqları layihəsi OVD-İnfo “Nestka” nəşri ilə birlikdə bu qənaətə gəlib.

Jurnalistlərin və hüquq müdafiəçilərinin hesablamalarına görə, 2022-ci il fevralın 24-dən dekabrın 20-dək müharibə əleyhinə mitinqlərdə, piketlərdə və sosial şəbəkələrdəki paylaşımlarda iştirak etdiklərinə görə azı 19 443 nəfər saxlanılıb. Bu, son 10 ildə siyasi motivli məhbusların sayında rekord göstəricidir.

Bildirilib ki, fevralın 24-dən bu yana ölkədə cəmi 18 gün siyasi motivlərlə həbs hadisəsi olmadan keçib.

Mənbə: BBC

Share: