Buryatiyadakı hərbi komissarlıqdan yerli sakinlərə bildiriliblər ki, səfərbərlik davam edir.
Məlumata görə, hələ martın 1-də Xorinski rayon hərbi komissarlığına 12 nəfər üçün səfərbərlik tapşırığı daxil olub.
Qurumdan verilən açıqlamaya görə, səfərbərlik haqqında fərman var, lakin onu dayandırmaq üçün heç bir əmr yoxdur. Ona görə də hərbi komissarlıq vətəndaşları səfərbər etməkdə davam edir.
“Biz yuxarı qərargahdan tapşırıq alırıq və birbaşa rəhbərliyimiz Buryatiya Respublikasının hərbi komissarlığıdır. Hərbi komissardan səfərbərlik tapşırıqları alırıq”, – deyə hərbi komissarlıqdan bildiriblər.
Xatırladaq ki, 28 oktyabr 2022-ci ildə müdafiə naziri Sergey Şoyqu Rusiya Prezident Vladimir Putinə səfərbərliyin başa çatdığını – planlaşdırıldığı kimi 300 min nəfərin hərbi xidmətə çağırıldığını bildirib. Üç gün sonra Müdafiə Nazirliyi çağırış vərəqələrinin çatdırılmasının dayandırıldığını açıqlayıb. Lakin səfərbərliyin başa çatdırılması haqqında ayrıca fərman dərc edilməyib.
Mənbə: Baza