Kremlin girişində, Tarix Muzeyinin qarşısındakı Manej meydanında marşal Georgi Jukovun abidəsinə “QUR” (Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi) yazısı həkk olunub.
-nın Moskva müxbiri xəbər verir ki, Rusiya polisi Jukovun heykəlinə QUR abreviaturasını yazan iki qadını saxlayıb.
Məlum olub ki, ukraynalı telefon fırıldaqçıları qadınlara vandalizm aktına görə pul vəd edib.
Mash-ın məlumatına görə, şübhəlilər Krasnoznamenskdən olan 28 yaşlı Anastasiya və Mıtişçidən olan 55 yaşlı Veradır. Onlar iki banka qırmızı aerozol boyası ilə silahlanıb Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi şərəfinə ucaldılmış abidənin postamentinə “QUR” yazıblar.
Qadınlar kreditlərini ödəmək üçün təcili pula ehtiyac duyduqlarını və buna görə də telefon fırıldaqçılarının vədinə razılıq verdiklərini söyləyiblər.
Faktla bağlı “Böyük Vətən müharibəsi abidələrinə ziyan vurma” maddəsi ilə cinayət işi açılıb. “QUR” yazısı dərhal silinib.