Rusiyada kişi iki məktəbli qızı 7 il zorlayıb

Rusiyada kişi iki məktəbli qızı 7 il zorlayıb

Perm diyarında iki qızı zorlayan rusiyalı ciddi rejimli koloniyada 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə bazar günü, martın 12-də Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məhkəmənin müəyyən etdiyi kimi, həmin şəxs 7 il tanıdığı məktəbli qızlara təcavüz edib. Məhkum sərxoş halda cinayət törətməyə başlayarkən qurbanlarının yeddi yaşı olub. Onlardan biri baş verənləri anasına danışdıqdan sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib.

2022-ci ildə həmin şəxs saxlanılıb və ona qarşı cinayət işi açılıb.

Mənbə: lenta.ru

Share: