Rusiyada koronavirusun 20-dən çox variantı aşkarlandı

Rusiyada koronavirusun 20-dən çox variantı aşkarlandı

“Rusiyada Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01 ştammına 50-dən çox yoluxma halı aşkar edilib”.

Bunu “Vektor” mərkəzinin baş direktoru Rinat Maksyutov deyib.

O, qeyd edib ki, ölkə ərazisində Cənubi Afrika Respublikasında aşkar edilmiş 501y.V2 ştammına üç yoluxma və dərindən araşdırma tələb edən virusun 20-dən çox unikal variantı aşkar edilib.

“Report” xatırladır ki, koronavirusun VOC-202012/01 növü ötən ilin sentyabr ayında Böyük Britaniyada ortaya çıxıb. Cənubi Afrika Respublikasında 501y. V2 ştammı ötən ilin avqust ayının əvvəlindən mövcuddur, Braziliya və Yaponiyada isə P. 1 ştammı 2020-ci ilin dekabr ayından yoluxanlar arasında qeydə alınıb.

Müstəqil.Az

Share: