Rusiyanın Samara vilayətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Opel Zafira” markalı minik avtomobili qarşıdan gələn zolağa çıxaraq “KamAZ”a çırpılıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Samara vilayətinin prokurorluğu qəza ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Bildirilib ki, minik avtomobilində Qazaxıstandan gətirilən işçilər olub.