Rusiyanın Yakutiya respublikasında miqrantlara qarşı yönələn qanun qəbul edilib.
Müstəqil.az Rusiya KİV-nə istinadən xəbər verir ki, respublikanın rəhbəri Aysen Nikolayev miqrantları 33 iqtisadi sahədə işə qəbul etməməyi tapşırıb.
Xarici ölkə vətəndaşı olan və qanunla işləmək hüquq almış miqrantlara sosial xidmətlər, ovçuluq, meşə və balıq təsərrüfatı, taksi, tikinti, ticarət və s. sahələrdə işləmək qadağan olunacaq. (modern.az)