Rusiya Dövlət Dumasında Silahlı Qüvvələr haqqında feyk məlumatlar yaymağa görə əmlakın müsadirə edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
-nın Moskva müxbiri xəbər verir ki, Dumanın bu gün keçirilən plenar iclasında cinayət və cinayət-prosessual məcəllələrə dəyişikliklərin edilməsi təklif edilən qanun layihəsinə baxılıb.
Duma Rusiya ordusu haqqında feyk məlumatlar yaymağa görə əmlakın müsadirə edilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanunun lehinə 395 deputat, əleyhinə isə 3 deputat səs verib.
Qeyd edək ki, qanun layihəsinin müəllifləri Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, spikerin müavini İrina Yarovaya, “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev, Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Züqanov, “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov, LDPR fraksiyasının rəhbəri Leonid Slutski, təhlükəsizlik və mədəniyyət komitələrinin rəhbərləri Vasili Piskarev və Yelena Yampolskaya, eləcə də digər deputatlardırlar.
Rusiya ordusuna aid feyk məlumatlar yaymağa görə əmlakın müsadirəsi haqqında qanun layihəsi Rusiya Federasiyasının müdafiə qabiliyyətini, təhlükəsizliyini və konstitusiya quruluşunu qorumaq məqsədi daşıyır.