Rusiyada Murmansk vilayətinin Oleneqorsk rayonunda qar uçqunu olub.
Müstəqil.Az yerli KİV-ə istinadən bildirir ki, turist qrupu qar altında qalıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qrup 16 nəfərdən ibarətdir, onlardan 13-ü yetkinlik yaşına çatmayanlardır.
Hadisə İmandra stansiyasından 5 km aralıqda, Murmansk vilayətinin xizək marşrutlarının keçdiyi Monçeqorsk və Oleneqorsk bölgələrinin sərhədində baş verib. Mənbənin KİV-ə verdiyi məlumata görə, turistlər bir marşrut seçsələr də, başqa bir marşrutla gediblər.
Onların hansı marşrutdan istifadə etdikləri məlum deyil.
Xilasedicilər ərazidə axtarış əməliyyatları aparırlar.
Müstəqil.Az