Rusiyada sel səbəbindən minlərlə ev su altında qalıb, şəhər sakinləri təxliyə edilib

Rusiyada sel səbəbindən minlərlə ev su altında qalıb, şəhər sakinləri təxliyə edilib

Rusiyada sel səbəbindən minlərlə ev su altında qalıb, şəhər sakinləri təxliyə edilib

Rusiyanın Orenburq vilayətində güclü yağışdan sonra sel gəlib.

xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 1800-dən çox evi su basıb.

Seldən ziyan görən əhali 1659 nəfərdir.

Ural çayında bəndin uçması təhlükəsi ilə əlaqədar Orsk şəhərinin sakinləri təxliyə edilir.

Suyun səviyyəsinin kəskin artması səbəbindən onlarla evi su basıb.

Şəhərdə həyəcan siqnalı səslənir, sakinlər təxliyəyə hazırlaşdırılır.

Bir neçə kənd və rayonda elektrik enerjisi kəsilib.

Sakinlər üçün müvəqqəti yaşayış mərkəzləri hazırlanıb.

Orsk administrasiyası fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.

Share: