Rusiyada tviter qadağası götürülə bilər

Rusiyada tviter sosial şəbəkəsinə qoyulan qadağa götürülə bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qadağanın aradan qaldırılması təşəbbüsünü bir çox şəxs dəstəkləyib.

Onlardan biri də Rusiya Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina olub.

O, tviterin Rusiyada blokdan çıxarılması təşəbbüsünü dəstəkləyib.

Həmin təklif Dövlət Dumasından gəlib.

Mizulina hesab edir ki, İlon Mask tviter sosial şəbəkəsini alandan sonra burada qadağan edilmiş kontentin yayılması ilə məşğuldur.


Share: