Rusiyada uşaq 11-ci mərtəbədən yıxılaraq sağ qalıb

Rusiyada uşaq 11-ci mərtəbədən yıxılaraq sağ qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Petrozavodsk şəhərində (Kareliya Respublikası) 13 yaşlı qız 10-11-ci mərtəbədən yıxılaraq sağ qalıb, xəstəxanaya yerləşdirilib.

Bu barədə Kareliyanın səhiyyə naziri Mixail Oxlopkov “Telegram” kanalında bildirib.

“Həmkarlarımın təcili məlumatına görə, Kareliya sakini olan 13 yaşlı qız müəssisəyə aparılıb. TTY briqadasının məlumatına görə, o, 10-11-ci mərtəbədən yıxılıb. Bu ilkin versiyadır”, – deyə məlumatda qeyd olunub.

Nazir əlavə edib ki, qızın vəziyyəti ağırdır. O, hazırda təcili tibbi yardım xəstəxanasında bütün lazımi müalicələri alır.

Mənbə: TASS

Share: