Rusiya vatsapa girişi bloklaya bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyi məlumat yayıb.
Agentliyin açıqlamasında vatsapın bəzi ölkələrdə açdığı “Kanallar” xüsusiyyəti ilə bağlı qiymətləndirmələrə yer verilib.
Açıqlamada Rusiya qanunlarının bütün şirkətlərə şamil olduğu bildirilib:
“Bura rusiyalı istifadəçiləri hədəf alan mesajlaşma proqramları və sosial media şəbəkələri daxildir. Qadağan olunmuş məlumatları ehtiva edən düşmən kanalların meydana çıxması onların dərhal silinməsi tələbi və proqramın bloklanması ilə nəticələnəcək”.
Bəyanatda Rusiya qurumlarına və ayrı-ayrı şəxslərə də yerli tətbiqlərə keçmələri tövsiyə olunub.