Kamçatkada yerləşən Şiveluç vulkanı püskürüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Bildirilib ki, vulkandan sonrakı lava qatı 500 kilometr şimal-qərbə doğru yayılıb. Hazırda proses davam edir.