Rusiyadakı skandal: Putinin qızının adı Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftarla – Şok

Rusiya Prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsovanın adı Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftarla bağlı sensasion əməliyyatda çəkilir.

 

Müstəqil.Az Teleqraf.com-a istinad edərək xəbər verir ki, Putinin qızı ilə ticari əlaqələri olan klinikanın Liviyadakı qiyamçı general Haftara dəstək verən “Vaqner” qrupuna bağlı muzdlu əsgərləri müalicə etdiyi iddia olunur.

Məlumatlara görə, hərbçilər rəsmi qeydiyyata alınmadan müalicə edilib.

“Soqaz Meditsina” şirkətinin direktoru Vladislav Baranovun Mariya Vorontsova ilə ticarət əlaqələri olduğu bildirilir.
Rusiya qanunlarına görə, bütün tibb müəssisələri müharibə zamanı yaralanan hərbçilər müraciət edəndə bu barədə polisə məlumat verməlidir.

Məsələ ilə əlaqədar Baranovun “Röyters” agentliyinin müxbirlərinə cavabı qısa olub: “Klinikamızı unudun, məndən sizə tövsiyə”.

Putinin mətbuat katibi Dmitri Peskov isə məsələ ilə əlaqədar onlarda heç bir məlumatın olmadığını açıqlayıb.

“Vaqner” qrupunda xidmət edən iki keçmiş muzdlu əsgərin dediyinə görə, onlar vaxtilə Liviyanın şərqində Haftarı dəstəkləmək üçün təlimatlandırılmışdılar.

Qeyd edək ki, Xəlifə Haftarın cəbhəsində döyüşən “Vaqner” qrupunun adı Donbas bölgəsində separatçıların Ukrayna ordusuna qarşı apardığı müharibə zamanı gündəmə gəlib. Muzdlu döyüşçülər Ukrayna ilə yanaşı Suriya, Sudan və Venesuelada da fəaliyyət göstərirlər.

Ukrayna mediası bu əsgərləri “Putinin gizli ordusu” olaraq təqdim edir.

 Nərgiz
Share: