Rusiyadan güc nümayişi – nəhəng nüvə torpedaları ilə təchiz edilmiş “Qiyamət sualtı qayığı” orduya təslim edildi…

Rusiyadan güc nümayişi – nəhəng nüvə torpedaları ilə təchiz edilmiş “Qiyamət sualtı qayığı” orduya təslim edildi…

Ukraynaya görə Qərblə gərginlik yaşayan Rusiya nüvə enerjisi ilə işləyən və pilotsuz sualtı maşınları daşıyan ilk sualtı qayığı Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edib.

Rusiya Hərbi Dəniz Qüvvələri dünyanın ən uzun nüvə enerjili sualtı qayığı olan “Belqorod”u təhvil alıb. “Qiyamət günü sualtı qayığı” adlandırılan “Belqorod”un 6 ədəd və 24 metr uzunluğunda olduğu bildirilir.

“US Naval Institute News”un xəbərinə görə, məktəb avtobusu böyüklüyündə nüvə torpedaları ilə təchiz edilmiş “Belgorod” sualtı qayığı da son 30 ildə istehsal edilən ən böyük sualtı qayıqdır.

“Belqorod”un, dağıdığcı “radioaktiv sunami”lər yaradaraq böyük şəhərlərə və sahilə yaxın sənaye mərkəzlərinə nüvə hücumu gerçəkləşdirə bilən nüvə silahı ilə təchiz edilmiş “Poseidon” dronlarının ilk daşıyıcısı olduğu bildirilir. Nüvə enerjili sözügedən torpedaların minlərlə kilometr mənzilə sahib olduğu iddia edilir.

Qeyd edilir ki, “Belqorod” müxtəlif pilotsuz sualtı casusluq platformaları üçün də ana gəmi kimi xidmət edə bilər.

Rusiyanın TASS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Nikolay Tevmenov sualtı qayığın təhvil verilməsi mərasimində onun “tədqiqat və elmi kəşflər” üçün istifadə ediləcəyini bildirib.

Tahir TAĞIYEV

Share: