Rusiyadan Qarabağdakı “atışma” ilə bağlı şübhəli açıqlama

Rusiyadan Qarabağdakı “atışma” ilə bağlı şübhəli açıqlama

Qarabağda qanunsuz erməni hərbi birləşmələrinin təxribat atəşi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumat Moskvadan cavab tələb edilməsi üçün ciddi əsaslar yaradır.

“6 iyulda, Dağlıq Qarabağın Martuni (Xocavənd – red.) bölgəsində Ermənistan və Azərbaycan tərəfləri arasında atıcı silahların istifadəsi ilə bağlı bir hadisə qeydə alındı, bu müddətdə Azərbaycan tərəfinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu yaralandı. Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə araşdırma aparır” – Rusiya MN-nin açıqlamasında bildirilir.

1. Rusiya rəsmi şəkildə Xocavənd rayonunu ermənilərin verdiyi adla – Martuni – qeyd edir;

2. Ermənistanı Qarabağda tərəf kimi göstərir.

Halbuki 10 noyabr bəyanatının 4-cü bəndinə əsasən bölgədəki qanunsuz erməni hərbi birləşmələr sülhməramlı kontingentin yerləşməsinə paralel olaraq çıxarılmalı idi. Bəyanatın yeganə bəndidir ki, indiyə qədər heç bir irəliləyiş olmayıb. Bunun səbəbləri haqda dəfələrlə yazmışıq.

Rusiya MN-nin baş vermiş təxribatla bağlı son açıqlamasına aydınlıq gətirilməlidir.

Bakının son addımları fonunda isə Rusiyanın bu açıqlaması səbəbsiz deyil:

– Rəsmi Bakı üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasını tələb edir: ruslar erməni qoşunların çıxarılmasını bölgədə varlıqları üçün risk hesab edirlər;

– Azərbaycan “Dağlıq Qarabağ” ifadəsini gündəmdən çıxarır;

– Prezidentin iqtisadi rayonlarla bağlı fərmanı ilə Bakı rus sülhməramlıların yerləşdiyi bölgələrin – Xankəndi, Xocalı, Xocavənd – taleyinə rəsmi şəkildə qərar verdi: Qarabağ iqtisadi rayonunun yaradılması ilə “Dağlıq Qarabağ” ifadəsi də ləğv edildi.

Ruslar baş verənlərdən narahatdır və Bakıya bu açıqlama ilə mesaj verirlər. Və bu açıqlama o deməkdir ki, Azərbaycan ordusunun mövqelərinə doğru atəş açılması üçün tətiyi ruslar çəkib.

Cavab mütləq olmalıdır…

 

Asif Nərimanlı

 

Share: