Rusiyalı aktyor Vitali Qoqunski Gürcüstana buraxılmayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Kanal aktyorun Moskvaya geri döndüyü təyyarənin görüntülərini də yayıb.
Videonu göndərən abunəçilər “Univer” serialının ulduzunun Tbilisi hava limanında sərhəd müşayiəti ilə təyyarədə aparıldığını bildiriblər.
Bu məlumatı telekanala rejissor Təbriz Şahidi də təsdiqləyib. Onun sözlərinə görə, bu qərarı ölkə hakimiyyəti siyasi motivlərlə verib.
Bildirilib ki, Qoqunski Gürcüstanda layihə çəkilişlərində iştirak etməli idi.